AFFA-nın əməkdaşı Rasim Mövsümzadənin Almaniyanın məşhur "Kicker” jurnalının bu günkü sayında "Frankfurtun rəqibi - Bakıda qərarlaşmış "Qarabağ” başlıqlı yazısı dərc olunub. Məqalədə "Qarabağ”ın avrokuboklarda iki dəfə qrup mərhələsinə düşməyə yaxın olması, amma 2009-cu ildə yolunu "Tvente”nin, 2010-cu ildə isə Dortmund "Borussiya”sının kəsdiyi, hazırkı Avropa Liqasının ilk üç seçmə mərhələsində 6 oyundan 5-də qələbə qazandığı, 5 oyunçusunun Malta ilə yoldaşlıq görüşü üçün Azərbaycan yığmasına dəvət aldığı qeyd olunub. Yazıda həmçinin Ağdamın işğalı da vurğulanıb: "Qarabağ”ın dogma şəhərini ermənilər zəbt etdiklərindən komanda ev oyunlarını ölkə paytaxtındakı Tofiq Bəhramov stadionunda keçirməli olur”.