Ramzan Kadırovun oğlanları döyüşə hazırlaşırlar

Ramzan Kadırovun oğlanları döyüşə hazırlaşırlar

Sentyabrın 3-də Qroznı şəhərində boks üzrə “Əfsanələrin vaxtı” adlı beynəlxalq turnir keçiriləcək. Turnir Çeçenistan Respublikasının keçmiş Prezideneti, Rusiya qəhrəmanı Əhməd Həci Kadırovun xatirəsinə həsr olunur. Çeçen Respublikasının Prezidenti Ramzan Kadırovun dörd oğlunun da turnirdə iştirak edəcəkləri məlum olub.
Qeyd edək ki, 2016-cı ilin oktyabrında Kadırovun uşaqları qarışıq döyüş növü üzrə “Qran-Pri Akhmat 2016” turniri çərçivəsində nümunəvi döyüşlərdə iştirak ediblər. Bundan əlavə 2017-ci ilin oktyabr ayında Qroznı şəhərində Adam, Əli və Əhməd Kadırov boks üzrə Rusiya çempionatı çərçivəsində nümunəvi döyüşlərdə çıxış ediblər. 2020-ci ilin fevralında isə Əhməd Kadırov və Adam Kadırov Moskva şəhərində təşkil olunan boks üzrə turnirlərdən birində çıxış ediblər.