Sabah Azərbaycan milli komandası yoldaşlıq oyunu çərçivəsində Malta yığması ilə münasibətlərinə aydınlıq gətirəcək. Millimiz "Bakcell Arena” stadionunda keçiriləcək oyuna hazırlığa avqustun 12-də başlayıb. Hazırlığın ilk günündə "Sheraton Baku Airport Hotel”də Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun oyunqabağı mətbuat konfransı təşkil olundu. Almaniyalı mütəxəssis yığmanın son hazırlığı ilə bağlı ətraflı məlumat verdi. O, Malta millisi ilə yoldaşlıq matçının komandası üçün vacib olduğunu vurğuladı: "Malta yığması ilə oyun bizim üçün çox vacibdir. Futbolçuları iş başında görmək, onların beynəlxalq oyun təcrübəsinin yüksəlməsi baxımından bu qarşılaşmanın əhəmiyyəti böyükdür. Lüksemburq yığması ilə qarşılaşmada bir çox əlverişli vəziyyətdə qol vura bilmədik. Bu problemin aradan qaldırılması üzərində çalışacağıq. Hazırlıq prosesində əsasən cinahlardan təhlükəli hücumların qurulmasını diqqət mərkəzində saxlayacağıq”.Berti Foqts: “Bu oyun bizim üçün vacibdir”
Sabah Azərbaycan milli komandası yoldaşlıq oyunu çərçivəsində Malta yığması ilə münasibətlərinə aydınlıq gətirəcək. Millimiz "Bakcell Arena” stadionunda keçiriləcək oyuna hazırlığa avqustun 12-də başlayıb. Hazırlığın ilk günündə "Sheraton Baku Airport Hotel”də Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun oyunqabağı mətbuat konfransı təşkil olundu. Almaniyalı mütəxəssis yığmanın son hazırlığı ilə bağlı ətraflı məlumat verdi. O, Malta millisi ilə yoldaşlıq matçının komandası üçün vacib olduğunu vurğuladı: "Malta yığması ilə oyun bizim üçün çox vacibdir. Futbolçuları iş başında görmək, onların beynəlxalq oyun təcrübəsinin yüksəlməsi baxımından bu qarşılaşmanın əhəmiyyəti böyükdür. Lüksemburq yığması ilə qarşılaşmada bir çox əlverişli vəziyyətdə qol vura bilmədik. Bu problemin aradan qaldırılması üzərində çalışacağıq. Hazırlıq prosesində əsasən cinahlardan təhlükəli hücumların qurulmasını diqqət mərkəzində saxlayacağıq”.


