Hakimlərin dördüncü vebinarı

Hakimlərin dördüncü vebinarı

Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının növbəti vebinarı təşkil olunub. Dördüncü dəfə təşkil olunan onlayn seminarda HK-nın sədri Qərib Əliyev əvvəlcə Dünya Güləş Birliyinin (UWW) hakimlər üçün keçirdiyi son seminarlardakı mövzulardan bəhs edib. O, güləşçilərin qayda pozuntularından, parterdəki vəziyyətdən, fənd zamanı idmançı zədələnərsə, qəbul edilməli olan qərarlardan, fit səsləndikdən sonra edilən fəndlərdən, hakimlərin xalçadakı mövqelərindən və buraxdıqları səhvlərdən və başqa məsələlərdən danışıb.
Daha sonra yarımçıq və tam icra olunan fəndlərin əks olunduğu video görüntülər şərh olunub.