250 futbolçuya qarşı araşdırma aparılır

250 futbolçuya qarşı araşdırma aparılır

Beynəlxalq Antidopinq Agentliyinin (WADA) məlumatına görə, sidik analizinin nəticələri əsasında dopinqdən istifadə etdikləri güman olunan 250 futbolçuya qarşı araşdırma aparılır. Amma araşdırmanın nəticələri barədə hələ açıqlanma verilmir. Qeyd edək ki, ümumiyyətlə, 27177 dopinq test keçirilib ki, onlardan da 5041-i yarışlardan kənar olub.
Eyni zamanda WADA futbol qurumlarını dopinq üçün kifayət qədər qan analizləri götürmədikləri üçün tənqid edir. FİFA yarışlardankənar yalnız dörd belə test götürüb. UEFA isə turnirlər ərzində 132, yarışlardankənar isə 191 qan analizi götürüb. Bu testlər nəticəsində heç kim dopinqdə "ilişməyib”.