“Neftçi” ilk “altılıq”da

“Neftçi” ilk “altılıq”da


"Bakı”nın isə şansları
qalmaqdadır

Bu həftə Topaz Premyer Liqasında əvvəlki turlardan təxirə salınan oyunlar keçirilib. Bakıda keçirilən görüşlər qonaqların qələbəsi ilə başa çatıb. Vacib 3 xal qazanan "Neftçi” və "Bakı” ilk "altılıq” uğrunda mübarizəni davam etdirirlər.
Tovuzdakı stadionda yenidənqurma işləri ilə əlaqədar "Turan” cari mövsümün sonuna kimi rəqiblərini "Dalğa Arena” stadionunda qəbul edəcək. Tovuz təmsilçisi bu arenadakı debütündə böyük hesabla məğlub olub. "Bakı” turnir cədvəlindəki qonşusu üzərində qələbə qazanaraq vəziyyətini bir qədər yaxşılaşdırıb.
AZAL isə 6-cı pillədə olan "Xəzər Lənkəran”ı keçmək şansını əldən verib. "Təyyarəçilər” doğma azarkeşlər önündə "Neftçi” klubuna minimum hesabla məğlub olublar. Hesabı 27-ci dəqiqədə "Neftçi”nin hücumçusu Nikolas Kanales açıb. Çilili hücumçu birinci hissəyə əlavə olunmuş 1-ci dəqiqədə 2-ci qolu vurub. AZAL buraxdığı qollardan yalnız birinə cavab verib. Matçın 72-ci dəqiqəsində Junior Nildo fərqlənib. Bu qələbədən sonra "Neftçi” xallarını 35-ə çatdıraraq, turnir cədvəlində 2-ci pilləyə yüksəlib. AZAL isə 23 xalla 7-ci pillədə qalıb. "Neftçilər” "təyyarəçilər”dən 12 xal aralandığı üçün qalan 3 turun nəticəsindən asılı olmayaraq, ilk "6-lıq”da çıxış etmək hüququna yiyələnib. Bundan öncə "İnter” və "Simurq” da eyni hüquqa sahib olmuşdular.

Topaz Premyer Liqası
13 fevral
AZAL - "Neftçi” - 1:2 (0:2)
Qollar: Junior Nildo, 74 - Nikolas Kanales, 27, 45+1.
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Vaqif Musayev, Rauf Cabbarov.
Bakı. "AZAL Arena” stadionu.
İkinci dövrədəki oyun - 2:4

"Turan” - "Bakı” - 0:4 (0:1)
Qollar: Marius Pena, 43, Elvin Məmmədov, 62, Aleksandr Şoliç, 68, Nurlan Novruzov, 85.
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, İsgəndər Əliyev, Namiq Bəkirov.
Bakı. "Dalğa Arena” stadionu.
İlk dövrədəki oyun - 1:1