"Barselona”nın hücumçusu Neymara qanazlığı diaqnozu qoyulub. Kataloniya klubunun həkimləri braziliyalı futbolçunun qanı analizini yoxlayarkən bunu aşkarlayıblar. Bununla əlaqədar Neymar yüngül proqram üzrə məşq edəcək. Xatırladaq ki, braziliyalı bu yay boğazında badamcıq vəzlərindən də əməliyyat olunub.Neymar "Barselona”nın heyətində "Nou Kamp”da "Santos”a qarşı oyunda (8:0) inanılmaz hisslər yaşadığını dilə gətirib. Sport.es saytı onun sözlərini belə təqdim edib: "Nou Kamp”da meydana çıxarkən inanılmaz hisslər yaşadım. Əlbəttə, "Santos”a qarşı oynamaq qeyri-adi idi. Amma indi mən başqa komandaya xeyir verməyə köklənmişəm. Şadam ki, qalib gələ bildik. Düzdür, fərqlənə bilmədim, amma hazırda bu, mənim üçün heç də əsas məqsəd deyil. Yeni mövsümə hazırlaşırıq, oyun əlaqələrini sınaqdan keçiririk, ona görə də qollar bir az sonra olacaq”.