Maradona fotoqrafa təpiklə iki zərbə vurub

Maradona fotoqrafa təpiklə iki zərbə vurub


Dünya futbolunun əfsanəsi Dieqo Maradona növbəti dəfə insanlara hücum etməkdə günahlandırılır. Bu dəfə 52 yaşlı argentinalının qurbanı fotoqraf Enrike Medina olub. Zərərçəkən artıq hadisə ilə bağlı polisə müraciət edib.

Fotoqraf Maradonanın atasının Buenos Ayres yaxınlığındakı evinin yanında durub onu gözləyərək şəklini çəkmək istəyib. Medinanın sözlərinə görə, keçmiş futbolçu onu görən kimi, cərimə zərbəsi yerinə yetirirmiş kimi, qaçaraq qasıq nahiyəsindən təpiklə iki zərbə vurub.
Mətbuat fotoqrafın sözlərini belə təqdim edib: "Bu, adi insanın zərbəsi deyildi. Axı o, ayağından zərbələr üçün dəfələrlə istifadə edib. Maradona çox qəzəbli idi, elə bil ağlı başında deyildi”.