“Şən startlar” adlı estafet yarışı keçirilib

“Şən startlar” adlı estafet yarışı keçirilib

Sumqayıtdakı Respublika Paralimpiya İdman Kompleksinin stadionunda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə uzunmüddətli karantin rejimindən sonra paralimpiyaçı uşaqlar və onları müşayiət edən ailə üzvlərinin iştirakı ilə “Şən startlar” adlı estafet yarışı keçirilib. Bu, uşaqlar üçün oyun və eyni zamanda, fiziki hazırlığı göstərmək üçün böyük fürsət olub. Ümumilikdə tədbirə 25 iştirakçı qoşulub. Tədbirdə, həmçinin cüdo, taekvondo idman növləri üzrə uşaq paralimpiyaçılar və karate idman növü üzrə uşaqların nümunəvi çıxışlar təqdim olunub.
Tədbirdə Sosial Xidmətlər Agentliyinin sədr müavini Faiq Ağayev, Milli Paralimpiya Komitəsinin vitse-prezidentləri İlham Zəkiyev və Yaşar Hacıyev iştirak ediblər.
Yarış Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına riayət edilməsi üçün yaradılmış xüsusi işçi qrupunun nəzarəti altında keçirilib.