Yığmamızın yeni baş məşqçisi təyinatı barədə danışdı

Yığmamızın yeni baş məşqçisi təyinatı barədə danışdı

"Bu etimada görə rəhbərliyə minnətdaram. Daha əvvəl yeniyetmə və gənclər üzrə yığmalarda çalışmışam. Son vaxtlaradək isə aşağı çəkilərə nəzarət edirdim".
Bu sözləri sərbəst güləş üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Namiq Abdullayev təyinatı barədə danışarkən deyib. 49 yaşlı mütəxəssis bildirib ki, sərbəst güləşçilər daim nüfuzlu beynəlxalq yarışlarda yüksək nəticələr göstəriblər: "Əvvəllər güləşçilərimizə qarşı haqsızlıqlar olurdu. Amma artıq 15 ilə yaxındır ki, belə hallar aradan qalxıb. Bu da Namiq Əliyevin Dünya Güləş Birliyində büro üzvü olmasından irəli gəlir. Ötənilki dünya çempionatında Hacı Əliyevə göstərilmiş qırmızı vərəqənin ləğvi də bunun nəticəsidir".
Abdullayev köməkçilərinin dəyişməsinin mümkünlüyünü istisna etməyib: "Böyük məşqçi Zəlimxan Hüseynov, məşqçi isə Arif Abdullayevdir. Hüseynov hazırda Dağıstandakı güləşçilərlə birgədir. Razılıq əldə etsək, o, komandada qala bilər. Qərarı federasiya rəhbərliyi verəcək".