“Araz”ın stadionu istifadəyə verildi

“Araz”ın stadionu istifadəyə verildi

İ.Axundlu adına stadion əsaslı təmirdən sonra istifadəyə verilib. Bu münasibətlə stadionun açılış mərasimi keçirilib.
«Araz» futbol klubunun mətbuat xidmətindən olimpnews.az-a daxil olan xəbərə görə, mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov, MR Gənclər və İdman Naziri Azad Cabbarov, muxtar respublika idman federasiyalarının rəsmiləri və yerli ictimaiyyət nümayəndərələri iştirak ediblər.
Xatırladaq ki, Naxçıvanın mərkəzi futbol arenası iyun ayında təmirə bağlanmışdı. Yenidənqurma və əsaslı təmirdən sonra stadiondakı oturacaq tutumu artırılıb. Artıq 12800 tamaşaçı oyunu birbaşa tribunadan izləyə biləcək. Bundan başqa stadionda soyunub- geyinmə otaqları, məqş zalları da təmir olunub.
Qeyd edək ki, bu ildən birinci diviziona qoşulacaq "Araz” ev oyunlarını məhz bu stadionda keçirəcək...