Azərbaycanlı idmançı Moskvada inamlı qələbə qazandı

Azərbaycanlı idmançı Moskvada inamlı qələbə qazandı

Moskvada keçirilən MMA üzrə “Fight Nights Global 98” turnirində Azərbaycan idmançısı uğurla çıxış edib.
Axşamın əsas döyüşlərindən birində 70,3 kiloqram çəkidə kəmərin sahibi Nəriman Abbasov rusiyalı rəqibi Mixail Qoqitidzeni ikinci raundda məğlub edib.
Bu, “Qəbələ” idman klubunun təmsilçisinin 28-ci döyüşü olub. N.Abbasov bunadək keçirdiyi döyüşlərin 24-də qalib gəlib.