“Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində növbəti onlayn görüş

“Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində növbəti onlayn görüş

“Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində növbəti onlayn görüş keçirilib.
Tədbirdə ikiqat Olimpiya mükafatçısı, dünya çempionu, Avropa Oyunlarının 2 qat qızıl mükafatçısı və “Tərəqqi” medallı Rövşən Bayramovun idman ictimaiyyətinin nümayəndələri, gənclər və könüllülərlə görüşü olub.
Rövşən Bayramov güləşin çətinlikləri, çempionatlarda üzləşdiyi problemlər, onların həlli yolları, eləcə də qazandığı nailiyyətlər və qarşıdakı hədəflərdən bəhs edib. O, iştirak
rəqiblərin hazırlığı və onların yığmamızın üzvləri ilə müqayisəsinə də toxunub.
Daha sonra Rövşən Bayramov sualları cavablandırıb, gənclərə tövsiyələrini verib.
Tədbir “Könüllülər ili” çərçivəsində Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası, “Azərbaycan İdman Könüllüləri” və “Azərbaycan İdmançıları” İctimai birliklərinin təşkilatçılığı ilə reallaşıb.