Ilk yoldaşlıq görüşündə heç-heçə

Ilk yoldaşlıq görüşündə heç-heçə


"Araz” futbol komandası avqustun 13-də I divizion görüşlərindən öncə Neftçalanın eyniadlı komandası ilə yoldaşlıq görüşü keçirib. Yeni təmir olunmuş Naxçıvan Muxtar Respublika Stadionunda baş tutan yoldaşlıq görüşü futbol həvəskarlarına oyundan zövq almaq imkanı bəxş edib. Oyunun birinci hissəsində hesab açılmasa da, ikinci hissənin ilk dəqiqələrindən azarkeşlər həyəcanlı dəqiqələr yaşayıblar. Qonaq komanda matçın 60-cı dəqiqəsində Amil Yunanovun zərbəsi ilə hesabı açmağa müvəffəq olub - 1:0. Oyunun 89-cu dəqiqəsində "Neftçala” komandasının futbolçusunun kobud oynaması nəticəsində hakim 11 metrlik cərimə zərbəsi təyin edib. Bu imkandan lazımınca bəhrələnən "Araz” hesabı bərabərləşdirib - 1:1.
Qeyd edək ki, yoldaşlıq oyununda komandanın 11 nömrəli oyunçu Elgün Abbaslı ilk dəqiqələrdən azarkeşlərin rəğbətini qazanıb və bu matçı 4000-dək azarkeş izləyib.
Xatırladaq ki, oyun çərçivəsində NAZ LİFAN-320 markalı avtomobili uğrunda lotereya oyunu keçirilib. Lotereya oyunun qalibi isə Naxçıvan şəhər sakini Əsgər Seyidov olub.