Milli Olimpiya Komitəsi Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayırıb

Milli Olimpiya Komitəsi Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayırıb

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) işğal altındakı torpaqlarımızın azad edilməsi, dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan ordumuza dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayırıb.
MOK-dan verilən çəlumata görə, komitənin əməkdaşları bir aylıq əmək haqlarının yarısını Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər. Ölkəmiz üçün çətin və şanlı bir dövrdə istər Azərbaycan əsgər və zabitlərinin göstərdikləri fədakarlıq, istərsə də xalqımızın nümayiş etdirdiyi sarsılmaz birlik, həmrəylik və Vətən sevgisi hər bir vətəndaşımızın milli qürur və iftixar hissini daha da gücləndirib.