Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "Dalğa Arena” stadionunun meydançasında çimərlik futbolu üzrə Bakı şəhər açıq çempionatı keçirilib. 8 komandanın iştirakı ilə keçirilən yarışların yarımfinalında "Kiamotors” və "Azərçiken” komandaları qarşılaşıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda "Azərçiken” komandası 3:0 hesabı ilə qalib gələrək finala yüksəlib. "Birlik” - "Mərdəkan” komandalarının yarışında isə birincilər 2:0 hesabı ilə qələbə qazanıb. III və IV yerlər uğrunda keçirilən görüşdə "Kiamotors” komandası Mərdəkan futbolçularını 3:0 hesabı ilə məğlub edib. Finalda isə "Birlik” və "Azərçiken” komandaları qarşılaşıblar. 4:2 hesabı ilə qələbə qazanan "Birlik” komandası çempionatın qalibi adını qazanıb.
Qalib komandalar Baş İdarə tərəfindən kubokla, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.