Almeyda “Ayntraxt”la oyunda komandasını tək qoymayacaq

Almeyda “Ayntraxt”la oyunda komandasını tək qoymayacaq

Topaz Premyer Liqasının I turunun "İnter”lə oyununda rəqib futbolçu ilə oyunda beyni silkələnən "Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda artıq məşqlərə başlayıb. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovdan aldığımız məlumata görə, avqustun 12-dən komandasının hazırlığına qoşulan braziliyalı futbolçunun durumu get-gedə yaxşılaşır. Hələlik o, yüngül məşqlər etməklə kifayətlənir. O bildirib ki, Almeyda bu həftə keçiriləcək ölkə çempionatında "Xəzər Lənkəran” klubuna qarşı oynaya biləcək. Bundan başqa, futbolçunun UEFA Avropa Liqasının pley-off mərhələsinin avqustun 22-də Bakıda Almaniya "Aytraxt”ına qarşı ilk oyununda meydana çıxmaq şansı da yüksək qiymətləndirilir.
Xatırladaq ki, "Qarabağ”ın bu mövsüm avrokuboklardakı uğurlarında böyük pay sahibi olan Almeyda "İnter”lə matçda beyni silkələndiyi üçün avroliqanın 3-cü təsnifat mərhələsinin İsveçdə "Gefle”yə qarşı keçirilən cavab görüşünü buraxmalı olmuşdu.