Döyüşçü özünü Brüs Liyə bənzətdi

Döyüşçü özünü Brüs Liyə bənzətdi

İki çəki dərəcəsi üzrə UFC-nin keçmiş çempionu Konor Makqreqor özünü əfsanəvi aktyor və döyüş sənətinin ustası Brüs Liyə bənzədib.
32 yaşlı irlandiyalı döyüşçü Twitter hesabında B.Li ilə foto-kollaj yerləşdirərək, “Xeyir olanı qəbul et. Yararsız olanı at getsin. Lazım olanı isə əlavə et” yazıb. “Birinci Brüs Li olub. İndi isə bu Konor Makqreqordur”,- deyə o qeyd edib.