Cüdo və karate idman növünün Gəncə şəhərində inkişaf perspektivləri müzakirə edilib

Cüdo və karate idman növünün Gəncə şəhərində inkişaf perspektivləri müzakirə edilib

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov Yaponiyanın Azərbaycandakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Vada Cuniçi ilə görüşüb. Görüşdə cüdo və  karate (WKF) idman növünün Gəncə şəhərində inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb. Eyni zamanda Həmid Nəsirov Yaponiyanın regionları ilə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin gənclər və idman sahəsində təcrübə mübadiləsi proqramının genişləndirilməsinin müsbət təcrübə olacağını səfirin diqqətinə çatdırıb.  Həmçinin Baş İdarənin rəisi 27 sentyabrda Azərbaycan Ordusun əks-hücum əməliyyatları ilə başlanılan işğalda olan torpaqlarımızın haqlı olaraq azad olması barədə ətraflı məlumat vermiş və erməni faşistləri tərəfindən respublikanın ikinci böyük şəhəri olan Gəncənin, həmçinin digər yaşayış məntəqələrin raketlərdən bombalanması nəticəsində dinc əhalinin həlak olması haqqında geniş məlumat verib. H.Nəsirov xalqının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməsini bildirərək, hər bir gəncin Ali Baş Komandanın əmrinə hər an hazır olmasının xüsusilə vurğulayıb. Yaponiyanın səfiri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edərək Azərbaycan xalqının məğrur duruşuna heyran olduğunu vurğulayıb və dinc əhaliyə qarşı törədilən hərbi cinayətləri pisləyib. Səfir V.Cuniçi ən yaxın zamanda regionlara səfəri çərçivəsində ilk olaraq Gəncə şəhərinə baş çəkməsinin planda olduğunu qeyd edib. Baş İdarə rəisi Gəncə Gənclər Evinin istedadlı gəncləri tərəfindən şüşə üzərində boya ilə çəkilmiş məşhur və qədim "Qarabağ xalçası" xatirə hədiyyəsini səfirə təqdim etmişdir.