Hücumçu "Maykl Cekson” Braziliyanın B seriyasında çıxış edən "Atletiko Qoyaniense”yə keçib. Maraqlıdır ki, adıçəkilən klubda "Con Lennon” ("Botafoqo”dan icarəyə götürülüb) və "Mahatma Qandi” kimi məşhur ləqəbli futbolçular da oynayır.Məlumat üçün deyək ki, "Atletiko Qoyaniense”nin 25 yaşlı yeni forvardının əsl adı Karlos Adriano Sousa Kruzdur və o, vurduğu qolları "Pop musiqisinin kralı”nın hərəkətlərini təkrarlayaraq qeyd etdiyindən "Maykl Cekson” ləqəbinə layiq görülüb. Onun ləqəb verilən digər komanda yoldaşlarının da tam adı belədir: "Con Lennon” Silva Santos və "Mahatma Qandi” Heber Pio. Onlardan başqa, bu komandada Rafael "Qladiator” ləqəbli futbolçu da var.