Qeyri-dəqiq məşhurlar

Qeyri-dəqiq məşhurlar

Məşhur Transfermarkt portalı  XXI əsrdə penalti zərbələrini dəqiq yerinə yetirə bilməyən futbolçuların siyahısını dərc edib.

Maraqlıdır ki, cədvəlin lideri 27 penalti zərbəsini qeyri-dəqiq yerinə yetirən “Barselona”nın hücumçusu Lionel Messidir. İkinci pillədə “Yuventus”un portuqaliyalı hücumçusu Kriştianu Ronaldo yer alıb. Futbolçu 27 penalti zərbəsini reallaşdıra bilməsə də, səhvlərin faizi L.Messidən aşağıdır.

Üçüncü yerdə karyerası ərzində 19 penaltini reallaşdıra bilməyən italiyalı Françesko Totti qərarlaşıb. Dördüncü sırada isə “Milan”ın isveçrəli hücumçu  Zlatan İbrahimoviçdir. O, 19 dəfə qapıya qeyri-dəqiq zərbə endirib.

Beşliyi 15 dəfə səvh zərbə ilə yadda qalan italiyalı Antonio Di Natale bağlayır.