Hokkey azarkeşləri üçün yeni qanun nəzərdə tutulub

Hokkey azarkeşləri üçün yeni qanun nəzərdə tutulub

Moskva  meri Sergey Sobyanin Rusiya paytaxtında hokkey oyunları tribunaların 25 faizindən çox olmamaq şərti ilə keçirilmə imkanının olduğunu deyib.
“Paytaxtda futbol və hokkey oyunları azarkeşlərin 25 faizindən artıq olmamaq şərti ilə keçirilə bilər”, - deyə Moskva meri bildirib.
Xatırladaq ki, Moskvada “Dinamo”, “Spartak”və CSKA hokkey klubları mövcuddur.  Bundan əvvəl paytaxt komandaları sosial məsafəni nəzərə almaq şərti ilə tribunaların tutumunun 50 faizi həcmində məhdudiyyəti olan müntəzəm Kontinental Hokkey Liqası (KHL) çempionatında ev oyunlarını keçiriblər.
Xatırladaq ki,  bir müddət əvvəl Moskva vilayətində koronavirus ilə bağlı vəziyyəti nəzərə alaraq, oktyabrın ikinci yarısında tamaşaçıların iştirakı ilə keçirilən sərgilərə, kütləvi və idman tədbirlərinə qadağa qoyulub. Məşqlər və oyunlar da azarkeşlərin iştirakı olmadan keçməli idi.