Prezident seçkilərinin vaxtı açıqlandı

Prezident seçkilərinin vaxtı açıqlandı

“Barselona” klubunun rəhbərliyi klubun prezident seçkilərini 2021-ci ilin yanvarın 24-də keçirilməsinə qərar verib. Seçkilərə koronavirus pandemiyasının mane olacağı ehtimalı da istisna olunmur.
Məlumata görə, klub gələn həftə seçki proseduru protokolunu yerli hakimiyyətlə razılaşdıracaq.
Hazırda klubun prezident vəzifəsinə 7 namizəd qeydiyyatdan keçib. Bunlar Xavi Vilahoana, Viktor Font, Toni Freyşa, Jordi Farre, Aqusti Benedito, Pere Riyera və Luis Fernandes Aladır.