UEFA Çempionlar Liqasının pley-off mərhələsində çıxış edəcək sonuncu komanda müəyyənləşib. Ukraynanın "Metallist” klubunun yarışdan çıxarılmasından sonra UEFA xarkovluları hansı komandanın əvəzləyəcəyinə aydınlıq gətirib.
Beləliklə, III təsnifat mərhələsində Ukrayna təmsilçisinə uduzan Yunanıstanın PAOK klubu pley-offa son vəsiqəni əldə edib. Onlar bu mərhələdə Almaniya təmsilçisi "Şalke” ilə görüşəcəklər.
Baş verənlərdən qazanan digər klub isə İsrail "Makkabi”si olub. Tel-Əviv təmsilçisi UEFA Avropa Liqasının pley-off mərhələsində PAOK-la qarşılaşmalı idi. Yunanıstanlıların digər yarışa keçirilməsi isə "Makkabi”ni birbaşa qrupa göndərib.