Millimizin 2 futbolçusu koronavirusa yoluxdu

Millimizin 2 futbolçusu koronavirusa yoluxdu

Futbol üzrə milli komandamızın üzvləri Təmkin Xəlilzadə və Rahil Məmmədov koronavirusa yoluxub. Futbolçuların koronavirus testləri müsbət nəticə verib. Hər iki futbolçu özünütəcrid rejimindədir. Futbolçular hazırda həkim nəzarəti altındadırlar. Təmkin Xəlilzadə "Sabah"ın, Rahil Məmmədov isə "Qarabağ"ın futbolçusudur.
Qeyd edək ki, hər iki oyunçu UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunun Monteneqro ilə matçını (0:0) buraxıb.