İsveç "Brage”sinin fanatına, klubun oyunçularından birini öldürməklə hədələdiyi üçün, iki il yarım müddətə komandanın ev oyunlarını birbaşa izləmək qadağan edilib. "Degerfors”la səfər oyunu zamanı həmin azarkeş futbolçunu öldürəcəyini deyib. Bu üzdən İsveç çempionatının 2-ci divizionunda sonuncu pillədə qərarlaşan klubun rəhbərliyi sərt tədbirlərə əl atıb."Brage”nin prezidenti Per Armund Rut məsələ ilə bağlı belə deyib: "Əgər ölümlə hədələnən futbolçu bu barədə polisə müraciət etmək istəsə, klubumuz bu qərarı dəstəkləyəcək. Biz öz növbəmizdə azarkeşin oyunları izləməsinə uzunmüddətli qadağa qoymuşuq”.