“Real”ın futbolçusu İtaliya nəhənginin hədəfində

“Real”ın futbolçusu İtaliya nəhənginin hədəfində

“Real Madrid” klubunun hücumçusu Serxio Ramos yayda “Yuventus” komandasına transfer oluna bilər.
Belə ki, ispaniyalı futbolçu “Kral Klubu” ilə yaya qədər imzaladığı müqaviləni yeniləməyib. “Qoca sinyora” futbolçunun transferində ən real namizəd olan PSJ ilə mübarizə aparır.
Son vaxtlarda Madrid klubundan Turinə Sami Xedira və Kriştianu Ronaldo kimi futbolçular transfer olunub.
Qeyd edək ki, La Liqanın carı mövsümündə Serxio Ramos 8 oyun keçirib və 2 qol vurub.