Millətlər Liqasının qrup mərhələsində son tur

Millətlər Liqasının qrup mərhələsində son tur

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin sonuncu turuna start veriləcək.
VI turun ilk oyun günündə 10 qarşılaşma təşkil ediləcək. C Liqasındakı Azərbaycan yığması Lüksemburqla qarşılaşacaq. 1-ci qrupda Monteneqro - Kipr görüşü də baş tutacaq.
A Liqasında final mərhələsinə vəsiqəni təmin edən Fransa İsveçi qəbul edəcək. 3-cü qrupun digər matçında Portuqaliya Xorvatiyanın qonağı olacaq.
UEFA Millətlər Liqası
VI tur
17 noyabr
A Liqası
3-cü qrup
23:45. Xorvatiya - Portuqaliya
23:45. Fransa – İsveç
Xal durumu: Fransa - 13, Portuqaliya - 10, Xorvatiya - 3, İsveç - 3.
4-cü qrup
23:45. İspaniya - Almaniya
23:45. İsveçrə - Ukrayna
Xal durumu: Almaniya - 9, İspaniya - 8, Ukrayna - 6, İsveçrə - 3
C Liqası
1-ci qrup
23:45. Monteneqro - Kipr
23:45. Lüksemburq - Azərbaycan
Xal durumu: Monteneqro - 10, Lüksemburq - 9, Azərbaycan - 5, Kipr - 4.
D Liqası
1-ci qrup
23:45. Andorra - Latviya
23:45. Malta - Farer adaları
Xal durumu: Farer adaları - 11, Malta - 8, Latviya - 4, Andorra - 2.
2-ci qrup
23:45. Cəbəllütariq - Lixtenşteyn
Xal durumu: Cəbəllütariq - 7, Lixtenşteyn - 4, San Marino - 2.