Bu həftə DÇ-2014-ün seçmə mərhələsində millimizin də yer aldığı F qrupunda təxirə salınmış bir oyun keçirilib. Rusiya millisi səfərdə Şimali İrlandiyanın qonağı olub.
Fabio Kapellonun yetirmələri bu görüşdə qələbə qazanacağı təqdirdə yenidən qrup liderliyinə yüksələcəkdilər. Lakin rusların bu istəyi baş tutmayıb. Şimali İrlandiya rəqibi 1:0 hesabı ilə məğlub edərək dördüncü pilləyə qalxıb və Azərbaycan millisindən bir pillə önə keçib.
Qeyd edək ki, Şimali İrlandiya - Rusiya qarşılaşması martın 22-də keçirilməli olsa da, əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmışdı.
DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
14 avqust
Şimali İrlandiya - Rusiya - 1:0
Qol: Paterson, 43.