Planetin ən güclü insanı məlum olub

Planetin ən güclü insanı məlum olub

Ukraynalı ağır atlet Aleksey Novikov Floridada keçirilən yarışda qalib gələrək, planetin ən güclü insan titulunu qazanıb (World Strongest Man-2020). 24 yaşlı idmançı  537,5 kq ağırlığı qaldıraraq bu titulu qazanan ən gənc idmançı kimi də tarixə düşüb. Britaniyalı Tom Stoltman ikinci, kanadalı Jan-Frankois Karon isə üçüncü yeri tutub.  
Qeyd edək ki, World Strongest Man 11-15 noyabr tarixlərində təşkil olunub. Daha əvvəl yarışın may ayında keçiriləcəyi planlaşdırılırdı. Lakin COVİD-19 pandemiyası səbəbi ilə yarış təxirə salınmışdı.