Türkiyəli məşhur futbolçu koronavirusa yoluxdu  

Türkiyəli məşhur futbolçu koronavirusa yoluxdu  

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Arda Turan koronavirusa yoluxub. 33 yaşlı təcrübəli yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabından məlumat yayıb.
O, noyabrın 16-da test verdiyini və nəticənin müsbət olduğunu yazıb. Turan hazırda xəstəxanada təcrid edildiyini bildirib.
Qeyd edək ki, "Qalatasaray" klubu 3 futbolçusunun koronavirisa yoluxduğunu yazmışdı.