"Barselona”nın prezidenti Sandro Rosell klubun Lionel Messidən başqa istənilən futbolçu ilə yollarını ayıra biləcəyini açıqlayıb. Sport.es saytı Kataloniya təmsilçisi rəhbərinin sözlərini belə təqdim edib: "Barselona”nın istənilən oyunçusu istəsə komandanı tərk edə bilər. Ançaq Lionel Messidən başqa. Müqaviləsinə əsasən, onun transfer qiyməti 250 milyon avrodur. Vergiləri də nəzərə alanda bu məbləğ 580 milyona yüksəlir”.