AFFA 4 klubu cərimələdi

AFFA 4 klubu cərimələdi

Avqustun 13-də AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Yığıncaqda Topaz Premyer Liqasının II turunda qeydə alınan mənfi hallara baxılıb. Komitə 3 futbolçunu cəzalandırıb və 4 klubu cərimələyib.
"Neftçi” ilə matçın 78-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan "Rəvan”ın futbolçusu Miloş Adamoviç 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. AZAL-la qarşılaşmanın 45+1-ci dəqiqəsində qırmızı vərəqə alan "Bakı”nın futbolçusu Devidas Çesnauskisin də cəzası eyni olub.
"Qarabağ”la matçda ikinci sarı vərəqəyə görə 82-ci dəqiqədə meydandan kənarlaşdırılan "Sumqayıt”ın üzvü Vurğun Hüseynovla bağlı da eyni qərar verilib. Turun ən ağır cəzası isə Ağdam təmsilçisinə tətbiq olunub. Azarkeşləri tərəfindən pirotexniki vasitə yandırıldığı üçün klub 1000 manat cərimə olunub.