“Mançester Yunayted”in 3-cü təklifi də qəbul edilmədi

“Mançester Yunayted”in 3-cü təklifi də qəbul edilmədi

"Barselona” klubu "Mançester Yunayted”in Sesk Fabreqası 35 milyon avroya almaqla bağlı təklifini qəbul etməyib. Amma İngiltərə klubunun fikrindən vaz keçməyəcəyi və bu məbləği artıracağı güman olunur.
"Barsa”nın bundan əvvəl də "Mançester Yunayted”in Fabreqasla bağlı iki təklifini qəbul etmədiyi bildirilirdi. Kataloniya klubunun yeni baş məşqçisi Xerardo Martino adıçəkilən yarımmüdafiəçi ilə yollarını ayırmaq istəmədiklərini bəyan edib.