Karlo Ançelotti: “Heç kim futbolçuların rahatlığı barədə düşünmür”

Karlo Ançelotti: “Heç kim futbolçuların rahatlığı barədə düşünmür”

“Everton” futbol komandasının baş məşqçisi Karlo Ançelotti 9-cu turun “Fulhem” klubu ilə qarşılaşmadan əvvəl keçirdiyi mətbuat konfransında İngiltərə Premyer Liqasının oyunlarında beş əvəzetmə imkanının geri qaytarılması ilə bağlı fikirlərini bölüşüb. “Oyunçuların rahatlığı barədə danışanda üç və ya beş əvəzetmə çox dəyişklik yaratmayacaq. Amma hər halda, düşünürəm ki, beş əvəzetmə imkanı daha yaxşıdır. İndi heç kim futbolçuların rahatlığı barədə düşünmür. Təqvim çox sıxdır, yığmalar isə bu gərgin dövrdə Millətlər Liqasının oyunları ilə yanaşı, yoldaşlıq görüşləri də təşkil edirlər”, - deyə mütəxəssis bildirib.
Qeyd edək ki, bir müddət əvvəl İngiltərə Premyer Liqasının komandalarının bir çox məşqçiləri liqa rəhbərliyinə müraciət edərək, oyunlarda beş əvəzetmə imkanının geri qaytarılması barədə müraciət etmişdilər.
İngiltərə Premyer Liqasının 9-cu turunun “Fulhem” və “Everton” qarşılaşması noyabrın 22-də keçiriləcək.