Məsut Özildən müsəlmanlara dəstək

Məsut Özildən müsəlmanlara dəstək

“Arsenal” futbol klubunun yarımmüdafiəçisi Məsut Özil Avropa və dünyada İslam dininə qarşı fikirlərə münasibət bildirirb. “Təəssüf ki, islamafobiya və islama qarşı fikirlər Avropa və bütün dünyada yayılmağa davam edir. Bu hadisələrdə mediya böyük rol oynayır. Mənim buna cavabım çox sadədir. Siz bu hadisələrə göstərdiyiniz münasibətlə bunu daha da şiddətləndirmək yerinə onları yaxşılıqla susmağa vadar etməlisiniz”, - deyə futbolçu şəxsi Twitter hesabında yazıb. O, həmçinin yazdıqlarına müqəddəs Qurani-Kərimdən sitat qeyd edib: “Yaxşılıq və pislik bərabər deyil. Pisliyi yaxşılıqla uzaqlaşdır və o zaman düşmənçilik etdiyin şəxs sənə sanki ən yaxın insan olacaq”.