Federasiya prezidenti futboldan ömürlük kənarlaşdırıldı

Federasiya prezidenti futboldan ömürlük kənarlaşdırıldı

FIFA Haiti Futbol Federasiyasının prezidenti İv Jan-Bartı futboldan ömürlük uzaqlaşdırıb. Məhkəmə onun yetkinlik yaşına çatmayan qızlara və digər qadın oyunçulara cinsi zorakılıq etdiyini sübuta yetirib.
Jan-Bart FIFA-nın etik kodeksinin bir neçə bəndini pozub və onun futbolla əlaqəli bütün fəaliyyətlərinə qadağa qoyulub.
Funksioner bundan əlavə 1 milyon İsveçrə frankı məbləğində cərimələnib.
Qərar noyabrın 18-dən qüvvəyə minib.