Fiqurlu konkisürənlərimiz mükafatçılar sırasına düşə bilmədilər

Fiqurlu konkisürənlərimiz mükafatçılar sırasına düşə bilmədilər

Rusiyanın paytaxtı Moskvada təşkil olunan fiqurlu konkisürmə üzrə Qran-Priyə yekun vurulub. Yarış qadınların sərbəst proqramı ilə başa çatıb. Azərbaycan təmsilçisi Yekaterina Ryabova 109,27 xal toplayıb. O, iki proqramın cəmində 167,85 xalla kifayətlənib.

Təmsilçimiz yarışda iştirak edən 11, sərbəst proqramın 10 iştirakçı arasında 9-cu olub. Yarışın qalibi adına rusiyalı Yelizaveta Tuxtamışeva yiyələnib – 223,39.

Qeyd edək ki, kişilərin yarışındakı təmsilçimiz Vladimir Litvintsev 10-cu yeri tutub.