Təxirə salınan oyunun vaxtı müəyyənləşdi

Təxirə salınan oyunun vaxtı müəyyənləşdi

Bəzi futbolçuların COVID-19 testindən yenidən keçirilməsinə ehtiyac yarandığı üçün təxirə salınmış "Sabah" - "Səbail" oyununun vaxtı müəyyənləşib. Görüş noyabrın 23-də keçiriləcək. "Bank Respublika Arena"dakı qarşılaşma saat 16:00-da başlayacaq.
Qeyd edək ki, "Səbail"in 4 futbolçusunda koronavirus testinin nəticəsi müsbət çıxdığı üçün noyabrın 21-ə nəzərdə tutulan oyunun təxirə salınmasına qərar verilmişdi.