"Golden Boy" mükafatının sahibi bilindi

"Golden Boy" mükafatının sahibi bilindi

Futbol üzrə Norveç millisinin və Almaniyanın "Borussiya Dortmund" klubunun hücumçusu Erlinq Holand Avropada ilin ən yaxşı gənc oyunçusuna verilən "Golden Boy" mükafatını qazanıb. İkinci yeri “Barselona”nın yetirməsi Ansu Fati tutub. “Bavariya” klubunun üzvü Alfonso Deyvis isə üçüncü olub.

Namizədlərin son siyahısında Eduardo Kamavinqa ("Renn"), Alfonso Deyvis ("Bavariya"), Serxinyo Dest ("Barselona"), Ansu Fati ("Barselona"), Fil Foden ("Mançester Siti"), Xames Hudson-Odoi ("Çelsi"), Deyan Kulusevski ("Yuventus"), Ceydon Sanço ("Borussiya" Dortmund), Sandro Tonali ("Milan"), Ferran Torres ("Mançester Siti") və Vinisius Junior ( "Real") kimi məşhur futbolçular var idi.

Qeyd edək ki, 2020-ci ilin yanvarında "Zalsburq"dan "Borussiya"ya transfer olunan Holand bu il 29 matçda 27 qol vurub, 6 qolun ötürməsini verib.