"Neftçi"nin futbolçusu koronavirusa yoluxdu

"Neftçi"nin futbolçusu koronavirusa yoluxdu

“Neftçi” klubunun hücumçusu Mirabdulla Abbasov koronavirusa yoluxub. Bunu klubun baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının X turunda “Qəbələ” ilə keçirilən oyundan sonra deyib. Komandasının 4:1 hesabı ilə qalib gəldiyi matçdan sonra çalışdırıcı Azərbaycan millisinin düşərgəsindən qayıdan M.Abbasovun testinin pozitiv çıxdığını açıqlayıb. Məhz bu səbəbdən 25 yaşlı futbolçu bugünkü qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, yığmadan qayıdan "Keşlə"nin futbolçusu Vüsal İsgəndərli, həmçinin klubun digər yarımmüdafiəçisi Rəhman Hacıyev də koronavirusa yoluxub. Bundan başqa, "Neftçi"nin kapitanı Emin Mahmudov da bu virusdan əziyyət çəkir.