"Zirə" qələbə sayəsində ikinci pilləyə yüksəldi

"Zirə" qələbə sayəsində ikinci pilləyə yüksəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib. Günün ikinci matçında “Zirə” öz meydanında “Keşlə”ni qəbul edib. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb -3:1. "Zirə"nin heyətində 30-cu dəqiqədə Dmitrios Çantakias, 60-cı dəqiqədə isə Ağabala Ramazanov vurub. 74-cü dəqiqədə isə "Zirə"nin digər legioneri Klesio Bauk avtoqol müəllifi olub. Mozambikli oyunçu 90+4-cü dəqiqəsində isə rəqib qapısına yol tapıb.

Qələbə sayəsində xallarının sayını 18-ə çatdıran “Zirə” klubu 2-ci pilləyə yüksəlib. "Keşlə" isə 12 xalla 5-cı sırada qərarlaşıb.
Tura noyabrın 23-də "Sabah" - "Səbail" görüşü ilə yekun vurulacaq.