Rusiyalı futbolçu ABŞ klubundan kənarlaşdırıldı

Rusiyalı futbolçu ABŞ klubundan kənarlaşdırıldı

Rusiyalı futbolçu Valeri Saramutin ABŞ-dakı “Ostin Bould” Texas klubunda kənarlaşdırıblar. Buna səbəb isə irqçiliklə mübarizəyə dəstək olaraq diz çökməkdən imtina etməsi olub.
İdmançı bildirib ki, bu ilin mayında qaradərili mühafizəçi Corc Floydun öldürülməsindən sonra Birləşmiş Futbol Liqasının bütün oyunçulara oyunlardan əvvəl “Black Lives Matter” (qaradərilərin həyatı önəmlidir) hərəkatına dəstək üçün diz çökmələrini bildiriblər. Lakin rusiyalı idmançı bu tələbi yerinə yetirməyib. “Komandanın məşqçisi mənə davranışıma diqqət etməyim lazım olduğunu dedi. Prezident isə bunun hörmət əlaməti olduğunu bildirdi. Mən isə bunu niyə etmək lazım olduğunu anlamadığımı deyirdim”, - deyə Valeri Saramutin qeyd edib.