FIFA konfederasiyanın rəhbəri cəzalandırıldı

FIFA konfederasiyanın rəhbəri cəzalandırıldı

Afrika Futbol Konfederasiyasının (CAF) rəhbəri və FIFA-nın vitse-prezidenti Əhməd Əhməd 5 il müddətinə futboldan kənarlaşdırılıb.
Ali futbol qurumunun rəsmi saytında yer alan xəbərə görə diskvalifikasiya qərarı FİFA-nın müstəqil etika komitəsinin məhkəmə palatası tərəfindən intizam istintaqı əsasında verilib.
Əhməd vəzifəsindən sui-istifadə, pul mənimsəmə, ofisdə hədiyyələr qəbul etmək və ya təqdim etməkdə günahkar bilinir.
Funksioner 200 min İsveçrə frankı məbləğində də cəzalandırılıb.