Futbolçu avtomobil qəzasında dünyasını dəyişdi

Futbolçu avtomobil qəzasında dünyasını dəyişdi

Cənubi Afrika Respublikası (CAR) millisinin sabiq futbolçusu Anele Nqtsonqtsa dünyasını dəyişib. 33 yaşlı müdafiəçinin ölümünə avtomobil qəzası səbəb olub. Hadisə CAR-ın Kvazulu-Natal əyalətində baş verib.
Nqtsonqtsanın həyat yoldaşı isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilib.
Qeyd edək ki, Anele Nqtsonqtsa karyerası ərzində Belçikanın "Genk", "Ruselare" və Fransanın "Trua" komandalarının formasını geyinib. O, sentyabdan klubsuz idi. Futbolçu Cənubi Afrika Respublikası millisinin heyətində 52 matçda meydanda olub.