“Məğlubedilməz döyüşçü” barəsində polisə şikayət

“Məğlubedilməz döyüşçü” barəsində polisə şikayət

MMA-nın rusiyalı qarışıq döyüş ustası İslam Abasov Moskva şəhərində yol münaqişəsi zəmnində dava edib. Məlumata görə, bir şəxs polis bölməsinə müraciət edərək, “Porşe” markalı avtomobilin sürücüsünün Svoboda küçəsində ona hücum etməsini bildirib. Sürücünün ona müxtəlif bədən xəsarətləri yetirməsindən sonra hadisə yerindən uzaqlaşıb. Həmin şəxs İslam Abasovun ona hücum etməsi barədə ərizə yazıb.

Qeyd edək ki, İslam Abasov dekabrın 4-də Sinqapurda keçiriləcək “One Championship” turnirində Qazaxıstan təmsilçisi Kayrat Əhmədova qarşı mübarizə aparacaq. “Məğlubedilməz döyüşçü” qarışıq döyüş qaydaları ilə beş qarşılaşma keçirib.