«Simurq» klubunun baş məşqçisi Georgi Çixradze komandası ilə olan müqaviləsini yeniləyib. 2011/12-ci illər mövsümünün 24-cü turunda "Simurq"un baş məşqçisi kimi fəaliyyətə başlayan gürcü mütəxəssis, daha iki il Zaqatala təmsilçisinə rəhbərlik edəcək.Ötən mövsüm "Simurq"a tarixinin ikinci ən yaxşı nəticəsini qazandıran Georgi Çixradze komandanı Topaz Premyer Liqasında 43, ölkə kubokunda isə 3 qarşılaşmaya çıxardıb. Onun rəhbərliyi altında Zaqatala təmsilçisi çempionatda 16 qələbə, 9 məğlubiyyət, 18 heç-heçə edib. Ölkə kubokunda isə, 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət qeydə alınıb.