Beynəlxalq Triatlon Şurası dünya kuboku yarışlarının vaxtını açıqlayıb

Beynəlxalq Triatlon Şurası dünya kuboku yarışlarının vaxtını açıqlayıb

Beynəlxalq Triatlon Şurası gələn il keçiriləcək dünya kuboku yarışlarının vaxtını açıqlayıb. Növbəti il 10 yarış təşkil olunacaq. Mövsümə martın 20-21-də Yaponiyanın Miyazaki şəhərində start veriləcək. Mövsümün sonuncu yarışı oktyabrın 30-31-də Tonqenqdə (Koreya Respublikası) keçiriləcək. Tokio-2020 Yay Olimpiya Oyunlarınadək 5 dünya kuboku yarışları baş tutub. Həmin yarışda idmançılar reytinq xalları qazanacaqlar.

Qeyd edək ki, yarışda Azərbaycan idmançılarının da iştirakı nəzərdə tutulub.