Karateçimiz beynəlxalq turnirin qalibi oldu

Karateçimiz beynəlxalq turnirin qalibi oldu

Azərbaycan millisinin üzvü İrina Zaretska Xorvatiyada “Top Ten” beynəlxalq karate turnirinin qalibi olub. İdmançılar hər ilin sonunda bu yarışda xüsusi dəvətlə iştirak edirlər. Yüksək nəticəsi olan seçilmiş karateçilər bir dövrə görüşərək, aralarında ən güclünü müəyyənləşdirirlər.
Bir növ şou xarakteri daşıyan turnirin qalibinə kubok ilə yanaşı, pul mükafatı da təqdim olunur.