Dieqo Maradonanın fotosu əks olunan pul əskinası

Dieqo Maradonanın fotosu əks olunan pul əskinası

Argentinada əfsanəvi futbolçu Dieqo Maradonanın fotosu əks olunan məhdud sayda 10 min peso çap olunmasını təklif edilib.
Change.org saytında dərc olunan petisiyanı 15 min insan imzalayıb. Argentinada ən yüksək pul əskinası 1 min pesodur. “Twitter” istifadəçiləri bu təklifin Argentina hakimiyyəti üçün sərfəli olacağını deyir. Onların fikrincə, bu addım bütün dünyada olan azarkeşlərin marağına səbəb olacaq.